29 mart 2022-ci il
tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat həcmində
adlı, sənədsiz, faizli, təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi
üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa
çıxarılacaq.
Azərbaycan
Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit
Zəmanət Fondunun adlı, sənədsiz,
faizli ipoteka istiqrazlarının emissiya prospekti 17 mart 2022-ci il tarixində qeydə alınıb Emissiyanın
ümumi həcmi 20,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN,
istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya
prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası”
QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli
Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.