05.01.2010

AİF-in 75 mln.manat məbləğində istiqrazlarının emissiyası dövlət qeydiyyatına alınmışdır

       30 dekabr 2009-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun 75 mln.manat məbləğində yeni istiqrazlarının emissiya prospekti qeydiyyata alınmışdır.

Emissiyanın əsas parametrləri aşağıdakılardır:

ï‚§ Dövlət qeydiyyat nömrəsi - AZ200200868
ï‚§ Qiymətli kağızın növü - faizli;
ï‚§ Qiymətli kağızın forması - sənədləşdirilməmiş, adlı;   
ï‚§ Buraxılışın həcmi - 75 000 000 (yetmiş beş milyon) manat;
ï‚§ İstiqrazların sayı - 75 000 (yetmiş beş min) ədəd;
ï‚§ Bir istiqrazın nominal dəyəri - 1 000 ( bir min) manat;
ï‚§ Tədavül müddəti - buraxılışda olan ilk istiqrazın yerləşdirilmə tarixindən etibarən 10 il;
ï‚§ İstiqrazlar üzrə illik faiz dərəcəsi – 3,25 %.