Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət
Fondu tərəfindən 2024-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam
etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli
ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.
Bununla bağlı vətəndaşlara bildiririk ki:
ADİ
ipoteka kreditləri üzrə müraciətlərin qəbulu 02.02.2024-cü
il tarixində saat 11:00-dan başlayacaqdır.
GÜZƏŞTLİ ipoteka
kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir.
Məlumat üçün bildiririk
ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət
Portalında (www.e-gov.az) mövcud
olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt
rejimində həyata keçirilir.
İpoteka kreditlərinin şərtlərinə
dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.
Hörmətli borcalan! Bildiyiniz kimi, Kredit müqaviləsinə əsasən standart aylıq ödənişlər (annuitet) hər ayın 1-5 tarixlərində icra olunur. Siz annuitet ödənişləri ödədikdən sonra cari ayın son gününə kimi aparacağınız əlavə ödənişlər artıq ödəniş kimi qəbul olunacaq. Diqqətinizə çatdırırıq ki, ödədiyiniz artıq ödəniş sizi növbəti ayın annuitet ödənişindən azad etmir.