08.06.2021

İKZF-nin istiqrazlarının 50 mln. manatlıq emissiyası yerləşdiriləcək

10 iyun 2021-ci il tarixində BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 50,000 000 manat həcmində sənədsiz adlı, faizli təmin edilmiş ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 16 aprel 2021-ci il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Reyestrsaxlayıcı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.