08.06.2010

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMANIN baş tutmaması barədə elan edir:



Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən satınalmada iştirak etmək üçün təklif vermiş iddiaçııların sayı üçdən az olduğundan, server və şəbəkə avadanlıqlarına dəstək xidməti üzrə müəyyən malların alınması və bununla əlaqədar xidmətlərin göstərilməsi ilə bağlı elan edilmiş təkliflər sorğusunun davamından imtina edir və müvafiq qanunvericiliyə əsasən satınalmanın baş tutmaması barədə elan edir.
Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Mətin Hacıyev (daxili nömrə 133) müraciət etmək olar.
                                                            

                   Satınalmalar komissiyası