18.02.2021

İKZF təkliflər sorğusu üsulu ilə satınalma elan edir

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşir. Fond Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://mcgf.gov.az/ rəsmi internet saytından əldə etmək olar.

Satınalma predmeti Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fonduna məxsus daşınmaz əmlakların sığortalanmasıdır.  Daşınmaz əmlakların sığortalanması daşınmaz əmlakların könüllü və icbari sığortası, habelə daşınmaz əmlakların istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur. Satınalma predmetinin bəndlər üzrə bölünməsinə yol verilmir. Könüllü sığorta üzrə ödəniş qaydası aylıq qaydada, icbari sığorta üzrə isə icbari sığortalar haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcəkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nə uyğun olaraq yazılı formada bağlanacaqdır. Satınalma müqaviləsinin icra müddəti 3 il ərzində həyata keçiriləcəkdir.

Satınalma ilə bağlı Fond ilə iddiaçılar arasında qarşılıqlı məlumat mübadiləsi və sənədlərin təqdim olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda bildirişlərin göndərilməsi yazılı qaydada aparılacaqdır.

Malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir:

-      satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;

-      satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması;

-      öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;

-      müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;

-      Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (müvafiq dövlət qurumlarından alınır);

-      satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

-      müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

        Göstəriləcək xidmətlərə dair texniki tələblərin iddiaçılar arasında az fərqləndiyini və sığorta haqqında qanunvericiliklə müvafiq qaydada tənzimləndiyini nəzərə alaraq, təkliflərin qiymətləndirilməsi üçün meyarlar və hər belə meyarın nisbi qiyməti aşağıdakı kimidir:

-    Maliyyə amili – 80 bal: 80 bal ən aşağı qiymət verən iddiaçıya verilir, digər iddiaçıların maliyyə amili isə ən aşağı qiymət verən iddiaçının qiymət təklifi həmin iddiaçının qiymət təklifinə bölünüb 80-ə vurulmaqla müəyyən edilir;

-    Xidmət amili – 20 bal: Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 3 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini həyata keçirərsə 20 bal, 7 iş günündən gec olmayaraq həyata keçirərsə 10 bal, digər halda isə 0 bal.

Təklifin qiymətinə bütün xərclər (o cümlədən vergilər və rüsumlar) daxil edilməlidir. Qiymət təklifi bütün xərclərin cəmi nəticəsində hesablanaraq AZN-lə ifadə olunmalıdır.

Səmərəli rəqabətin təmin edilməsi və satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı 3 olmalıdır.

Satınalmada iştirak etmək üçün malgöndərənlər 1000 (bir min) manat məbləğində tenderdə iştirak haqqını Fondun aşağıdakı hesabına ödədikdən sonra Əsas şərtlər toplusunu əldə edə biləcəklər:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Malgöndərənlərin iddiaçı kimi satınalmada qeydiyyatdan keçməsi üçün aşağıdakı sənədlər 25 fevral 2021-ci il saat 17:00-dək Fondun ünvanına təqdim edilməlidir:

-    Satınalmada iştirak etmək üçün ərizə;

-    İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-    İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, lisenziya) notariat qaydada təsdiq edilmiş surətləri;

-    Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-    İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

-    İddiaçının əmlak sığortası üzrə korporativ müştəriləri haqqında məlumat;

-    Yığılmış sığorta haqları, həyata keçirilmiş və imtina edilmiş sığorta ödənişləri və sığorta olunanların iddiaları üzrə məhkəmə mübahisələri haqqında məlumat (Əsas şərtlər toplusuna 2 nömrəli Əlavə);

-    İddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;

-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar;

-    İddiaçının təkrar sığorta siyasəti barədə ətraflı məlumat və təkrarsığorta xarici təkrarsığorta şirkəti tərəfindən həyata keçirildikdə xarici təkrarsığorta şirkətinin maliyyə bazarlarına nəzarət orqanının müvafiq reyestrinə daxil edilməsi barədə məlumat (təkrarsığorta xarici sığorta brokeri vasitəsilə həyata keçirildikdə də təqdim edilməlidir);

-    Son 1 il üzrə maliyyə hesabatları barədə kənar auditorun rəyi;

-    İddiaçının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas göstəriciləri meyarlarına uyğun gəlməsi barədə məktub.

Satınalma zamanı təqdim olunacaq məlumatlar, habelə Əsas şərtlər toplusu Azərbaycan dilində olmalıdır.

Təkliflər və təkliflərin qiymətlərinin 1 faizi həcmində bank zəmanəti
05 mart 2021-ci il saat 17:00-dək
Fondun ünvanına təqdim edilməlidir. Hər bir iddiaçı yalnız bir təklif verə bilər. Təkliflər Azərbaycan dilində təqdim edilməlidir. Təklifdə onun hansı satınalma üzrə olduğu, təklifin qüvvədə olma müddəti və təklifin tarixi (sənədin tarixi) qeyd olunmalıdır.

Satınalma üzrə zərflər 09 mart 2021-ci il saat 15.00-da Fondun ünvanında açılacaqdır.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 498-18-01 (daxili 173), Faks: (+99412) 598-11-77.

Satınalan təşkilatın “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququ vardır. Fondun satınalmalar üzrə təcrübəsində gözləmə müddəti tətbiq edilmir.

Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndəriləcək və  yazılı formada satınalma müqaviləsi bağlanacaqdır. Satınalma müqaviləsi əsasında dövri olaraq hər bir daşınmaz əmlakın sığorta müqaviləsi imzalanacaqdır. İxtisas göstəricilərinin təkrar təsdiqinin prosedurları müəyyən edilmir.

Fond təklifləri qiymətləndirərkən və müqayisə edərkən satınalmanın əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə təkliflərin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcəkdir. 

 

Satınalmalar Komissiyası