18.06.2020

İKZF-NİN İPOTEKA İSTİQRAZLARININ 100 MLN. MANATLIQ EMİSSİYASININ SONUNCU TRANŞI YERLƏŞDİRİLİB

18 iyun 2020-ci il tarixində BFB-də İpoteka və Kredit Zəmanət Fondunun 25,000,000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazlar tam həcmdə yerləşdirilib.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 07 fevral 2020-ci il tarixində təsdiq edilib. Emissiyanın ümumi həcmi 100,000,000 AZN, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC vasitəsi ilə keçirilib.