25.02.2020

İpoteka və Kredit Zəmanət Fondu Açıq tender elan edir

İpoteka və Kredit Zəmanət Fondu çap qurğuları üçün katriclərin satın alınması ilə bağlı açıq tender elan edir. 

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədlərin skan surətlərini dövlət satınalmalarının vahid  internet portalı vasitəsilə təqdim etməlidir:

a.  Satınalmada iştirak etmək üçün ərizə;

b.  İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

c.   Təklif;

d.  Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);

e.  İddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN) surətləri;

f.    Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;

g.  İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;

h.  Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış;

i.   İddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;

j.   İddiaçının mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta     siyahı sayı” və “illik gəlir” meyar göstəricilərini əks etdirən məlumatlar (2 nömrəli Əlavə);

k.   İddiaçıya dair tələblər ilə bağlı aidiyyəti istiqamətləri əhatə edən məktub.

    

Satınalma müqaviləsi “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsini”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 34 nömrəli qərarına uyğun imzalanacaq. Ödəniş AZN-lə həyata keçiriləcək. Satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq 3 (üç) ay müddətində icra edilməli və mallar Fonda  təhvil verilməlidir. 

Tenderdə iştirak haqqı 100 manat məbləğində müəyyən edilib. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C       

Açıq tender  24 fevral 2020-cu il 18:30-da dövlət satınalmalarının vahid  internet protalı vasitəsilə başlayıb.Tender üzrə ilkin sənədlər 19 mart 2020-ci il 10:00-dək, təklif zərfləri və təklifin təminatı isə 03 aprel 2020-ci il 18:00-dək qəbul ediləcək. Tender üzrə prosedurlar 06 aprel 2020-ci il tarixində saat 11:00-da təklif zərflərinin açılması ilə başlanılacaq. Tenderdə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. 

Tender təklifi üzrə qiymət zərfi 60 bal və texniki zərf isə 40 bal ( mallar üzrə şərtlər- 20, malların keyfiyyəti-20) olaraq qiymətləndiriləcək. Təklifin qüvvədə olma müddəti 21 may 2020-ci il tarixinədək, tender təklifinin təminatının qüvvədə olma müddəti isə 13 iyul 2020-ci il tarixinədək olmalıdır. 

Açıq tender üzrə ən az 3 iddiaçı iştirak etməlidir. Məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün Fond tərəfindən tədbirlər görülür. Fond və ya onun adından iddiaçıya, həmçinin iddiaçı tərəfindən Fonda məlumatların ötürülməsi, eləcədə, tender təklifləri, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron imza və ya Asan imza sahibləri tərəfindən həyata keçirilir. Bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. 

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcək. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilər və iddiaçılar bu tenderə dair izahatları Portalın sual-cavab hissəsi vasitəsilə Fonda müraciət edərək ala bilərlər. 

Fondun bu tenderin keçirilməsi zamanı qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü bəyan edən malgöndərənin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və prosedurlara uyğun şikayət vermək hüququ var. Tenderin qalibinə tender təklifi aksept edildikdən sonra bildiriş göndərilir və dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada satınalma müqaviləsi bağlanılır. 

    Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: Satınalmalar Komissiyasının katibi Nuray Rəşidli  (+99412) 441-24-23 (daxili 203), Faks: (+99412) 598-11-77.  

  Qeyd: "Dövlət satınalmaları haqqında" Qanunun 50-1.1-ci maddəsinə əsasən müvafiq açıq tender üsulu tətbiq edilməklə elektron satınalma yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilir.                                      

Satınalmalar Komissiyası