04.12.2018

İpoteka və Kredit Zəmanət Fondu satınalma elan edir

İpoteka və Kredit Zəmanət Fondu 2019-cu il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlərin satın alınması üzrə xidmət təkliflərinin cəlb olunmasını elan edir.

Xidmət təkliflərinin cəlb olunması 2 (iki) lotdan ibarətdir: 

  • Lot 1 - Qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;
  • Lot 2 - Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi.

Satınalma üzrə prosedurlar 09 yanvar 2019-cu il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaq.


Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • satınalmada iştirak etmək üçün ərizə (hər lot üzrə);
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • hər iki lot üzrə ayrıca satınalma təklifi;
  • hər iki lot üzrə ayrıca təklifin qiymətinin 1 faizi həcmində təminat (bank zəmanəti);
  • iddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, investisiya şirkəti fəaliyyəti üçün lisenziya, VÖEN və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
  • satınalma təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
  • iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • son maliyyə ili ərzindəki fəaliyyətinə dair müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayışlar (AR Vergilər Nazirliyindən və Dövlət Sosial Müdafiə Fondundan arayışlar);
  • iddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini, təşkilatı strukturunu, daxili nəzarət və risklərin idarə olunması sistemlərini eləcə də, texniki imkanlarını əks etdirən məlumatlar;
  • iddiaçının son üç ildə apardığı əməliyyatlar barədə məlumat (göstərdiyi xidmətlər üzrə əməliyyatların məbləği, aktivlərin növü, müştərilər haqqında ümumiləşdirilmiş məlumat və s.).
  • iddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.


Satınalmada iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

Xidmət təklifləri sorğusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcək.

Xidmətin icra müddəti: Fonda 2019-cu il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlər 1 (bir) il müddətinə təqdim edilməlidir.

Xidmət təklifləri sorğusu Azərbaycan dilində tərtib olunub.

Satınalmada iştirak haqqı hər lot üzrə 150 (yüz əlli) manat məbləğində müəyyən edilib. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra xidmət təklifləri sorğusu malgöndərənlərə təqdim ediləcək:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalma üzrə möhürlənmiş, imzalanmış satınalma zərfləri və təklifin təminatı 08 yanvar 2019-cu il saat 18:00-dək, tələb olunan digər sənədlər isə 21 dekabr 2018-ci il saat 18:00-dək İpoteka və Kredit Zəmanət Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 126), Faks: (+99412) 598-11-77.

Satınalmalar komissiyası