10.07.2018

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu aşağıdakı AÇIQ TENDERİ elan edir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun "Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi"nin yenilənməsi ilə bağlı mal və xidmətlərin satın alınmasına dair Açıq tender.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (bundan sonra- Fond) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə yaradılan qeyri-kommersiya hüquqi şəxsdir. Fond barədə ətraflı məlumatları http://www.mcgf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.

Tender üzrə prosedurlar 07 avqust 2018-ci il tarixində saat 15.00-da Fondun inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün ərizə;
  • iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Təklif;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
  • iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, VÖEN, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
  • iddiaçının iş təcrübəsini təsdiq edən sənədlərin surətləri;
  • Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);
  • İddiaçının anoloji işlərdə təcrübəsi, maliyyə, potensial texniki və kadr imkanlarına dair:
  • Son 3 ildə iddiaçının orta illik dövriyyəsinin 500 000 (beş yüz min) manatdan az olmamasını təsdiq edən sənəd;
  • Oxşar layihələr üzrə iş təcrübəsini təsdiq etmək üçün belə layihələrin həyata keçirildiyi ən azı 3 (üç) müəssisə və təşkilatldan tövsiyə məktubu;
  • İddiaçının layihənın icrasına cəlb olunacaq işçilərinin tərcümeyi halları və texniki kvalifikasiyalarını təsdiq edən sənədlər;
  • Əsas şərtlər Toplusuna 1 №-li Əlavədə qeyd olunan digər sənəd və məlumatlar.
  • Əsas şərtlər toplusunda qeyd olunan digər sənəd və məlumatlar.
  • İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • tender prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

 

Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.

İcra müddəti: Açıq tenderin Əsas şərtlər toplusuna uyğun olaraq müəyyən edilmişdir.

Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Açıq tenderdə iştirak haqqı 250 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Fondun aşağıdakı hesabına ödənildikdən sonra tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir:

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə ilkin sənədlər 26 iyul 2018-ci il tarixinədək, təklif zərfləri və təklifin təminatı isə 06 avqust 2018-ci il tarixinədək qəbul ediləcəkdir.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 133), Faks: (+99412) 598-11-77.

Açıq tender komissiyası