01.01.1970

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti AÇIQ TENDER elan edir

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender.

“Azərbaycan İpoteka Fondu” ASC (bundan sonra “Cəmiyyət”) Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli, 661 №-li Fərmanı ilə yaradılan və bütün səhmləri dövlətə məxsus olan hüquqi şəxsdir. Cəmiyyət barədə ətraflı məlumatı http://www.amf.az ünvanında yerləşən internet səhifəsindən əldə etmək olar.

Tender üzrə prosedurlar 24 noyabr 2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında təklif zərflərinin açılması ilə başlanılacaqdır.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün ərizə;
  • İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
  • Tender təklifi;
  • Təklifin qiymətinin 1 faizi həcmində təminat (bank qarantiyası);
  • İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN,) notariat qaydasında təsdiq edilmiş surətləri;
  • Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
  • Son 3 il üzrə iddiaçının tibbi sığorta üzrə korporativ müştəriləri haqqında məlumatı (Əsas şərtlər toplusuna 2 №-li Əlavə) - iddiaçı tərəfindən möhürlə təsdiq edilməlidir;
  • Son 3 il üzrə yığılmış sığorta haqları və verilmiş sığorta ödənişləri haqqında məlumatı
    (Əsas şərtlər toplusuna 3 №-li Əlavə) - iddiaçı tərəfindən möhürlə təsdiq edilməlidir;
  • İddiaçının təkrar sığorta siyasəti barədə ətraflı məlumatı - iddiaçı tərəfindən möhürlə təsdiq edilməlidir;
  • İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı və bank rekvizitləri;
  • İddiaçının son maliyyə ili ərzindəki fəaliyyətinə dair müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq dövlət orqanından arayış (Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən arayışlar);
  • İddiaçının müvafiq sahə üzrə peşəkarlığını və təcrübəsini, eləcə də, texniki imkanlarını əks etdirən məlumatlar.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı tələblərə cavab verməlidir:

  • öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması;
  • müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
  • satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi.

 

 

 

Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq ediləcəkdir.

Xidmətin icra müddəti: Cəmiyyətin əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlər 1 (bir) il müddətinə təqdim edilməlidir.

Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderdə iştirak haqqı 100 manat məbləğində müəyyən edilmişdir. İştirak haqqı Cəmiyyətin aşağıdakı hesabına ödənildikdən sonra tenderin Əsas şərtlər toplusu malgöndərənlərə təqdim ediləcəkdir:

“Azərbaycan İpoteka Fondu" ASC

Ünvan: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti 40

VÖEN: 1403502281

H/h: AZ57NABZ01360450000000005944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

VÖEN: 9900071001

Kоd: 501004

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 23 noyabr 2017-ci il saat 18.00-dək, tələb olunan digər sənədlər isə 14 noyabr 2017-ci il saat 18.00-dək “Azərbaycan İpoteka Fondu” ASC-nin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

Əlavə məlumat almaq üçün əlaqələndirici şəxsin iş telefonu və faks nömrəsi: (+99412) 441-24-23 (daxili 110), Faks: (+99412) 598-11-77.

 

Satınalmalar komissiyası