31.01.2017

"Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyəti aşağıdakı SATINALMANI elan edir

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti üçün dəftərxana, azqiymətli və təsərrüfat mallarının satın alınması ilə bağlı Təkliflər sorğusu.

Satınalmada iştirak haqqı 50 (əlli) AZN-dir.

İddiaçı aşağıda sadalanan sənədləri təqdim etməlidir:

-       Satınalmada iştirak etmək üçün ərizə;

-       İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-       Satınalma təklifi;

-       İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, VÖEN, bank rekvizitləri və s.);

-       Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);

-       İddiaçının fəaliyyətinin axırıncı maliyyə ilinin vəziyyəti haqqında bank arayışı;

-       Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (Dövlət Sosial Müdafiə Fondu və Vergilər Nazirliyi).

İddiaçı təqdim etdiyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.

İştirak haqqı "Azərbaycan İpoteka Fondu" ASC-nin aşağıdakı hesabına köçürülməlidir:

VÖEN: 1403502281

Hesab №: AZ57NABZ01360450000000005944

Bank:

Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kodu:  501004

VÖEN: 9900071001

Müxbir hesab: AZ74NABZ01451700000000001944

S.W.I.F.T  BIK: NABZAZ2C

   İştirak haqqının ödənilməsini təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən Əsas şərtlər toplusunu almaq mümkündür. Təkliflər Azərbaycan dilində tərtib edilməlidir.

Satınalma üzrə ilkin sənədlər 08.02.2017-ci il tarixinədək, təklif zərfləri isə 20.02.2017-ci il tarixinədək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş təklif zərfləri açılmadan geri qaytarılacaqdır. Zərflər 21.02.2017-ci il tarixində saat 15.00-da Cəmiyyətin inzibati binasında açılacaqdır.

İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (daxili 111) nömrəli telefona zəng etmək olar.

Satınalmalar Komissiyası