23.05.2008

Azərbaycan İpoteka Fondunun mətbuat xidmətinin məlumatı

2008-ci ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 34 mln. manatdan 10 mln. manat həcmində vəsait Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunda ayırmışdır.

Vəsait bütövlüklə müvəkkil kredit təşkilatları tərəfindən 2007-ci ildə verilmiş ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilmişdir.