18.10.2011

İpoteka Fondunun internet səhifəsində yenilənmə

Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun internet səhifəsində vətəndaşların müraciətləri və qəbulu ilə bağlı yeni pəncərə istifadəyə verilmişdir.

Səhifədə İpoteka Fondunda vətəndaşların qəbul qaydası və qəbulla bağlı müraciət forması yerləşdirilib. Yeni bölmənin funksionallığı və çevikliyi vətəndaşların qəbulu və müraciətlərinə baxılması prosesini daha da sürətləndirəcək, fərdi və kollektiv yazılı müraciətlərə müvafiq izahat və cavabların operativ verilməsini təmin edəcəkdir.