05.10.2011

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMANI elan edir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka  Fondunun 2011-ci il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə ilə bağlı təkliflər sorğusu.
Satınalmada iştirak haqqı 200 AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir.
m/h  0132090005944, коd 210016, VÖEN – 1400729041, S.W.I.F.T BİK AZMFAZ22XXX
İddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.    Satınalmada iştirak etmək üçün ərizə;
2.    İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3.    Satınalma üzrə təklif;
4.    İddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış, lisenziya, reytinq, ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri və s.) notariat qaydasında təsdiq edilmiş surətləri;
5.    İddiaçının son maliyyə ili üzrə fəaliyyətinin auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatı;
6.    Təklifi və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmr);
7.    Təklifin qiymətinin 2%-i məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
8.    İddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti haqqında bank arayışı;
9.    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması barədə müvafiq icra hakimiyyəti orqanından arayış;
10.    Təkliflər sorğusunun Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.
İddiaçı təqdim edəcəyi xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da əlavə edə bilər. Satınalmada iştirak edən iddiaçılar arasından qalib seçilərkən mərkəzi banklarda, kredit və iri dövlət təşkilatlarında auditin aparılması üzrə iş təcrübəsinə və üzv olduğu audit qrupunun beynəlxalq səviyyədə tanınması və müvafiq reytinqə malik olması tələb olunacaqdır.
Satınalma üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.
Satınalma üzrə möhürlənmiş və imzalanmış təkliflər zərfləri və təkliflərin təminatı 03 noyabr 2011-ci il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 21 oktyabr 2011-ci il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələ üzrə zərflər 04 noyabr 2011-ci il saat 15.00–da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Satınalmanın nəticəsi Azərbaycan İpoteka Fondunun Əsasnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq edildikdən sonra satınalmanın qalibi elan ediləcəkdir.
Məsələ ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs M.Əliyevaya  (daxili nömrə 134) müraciət etmək olar.
                                                            

                   Satınalmalar komissiyası