06.03.2011

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu aşağıdakı SATINALMALARI elan edir:

1.    Azərbaycan İpoteka Fondu üçün dəftərxana, azqiymətli və təsərüffat mallarının alınması ilə bağlı təkliflər sorğusu.
2.    Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun avtomaşınlarının sığortalanması ilə bağlı satınalmanın keçirilməsi ilə bağlı təkliflər sorğusu.
3.    Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun əməkdaşlarının tibbi sığortalanması ilə bağlı təkliflər sorğusu.
4.    Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun inzibati binasının və inzibati binada yerləşən əmlakının sığortalanması ilə bağlı təkliflər sorğusu.
Hər bir satınalmada iştirak haqqı 50 AZN-dir. İştirak haqqı Azərbaycan İpoteka Fondunun aşağıdakı hesabına köçürülməlidir.
м/h 0132090005944, коd 210016, VÖEN – 1400729041, S.W.I.F.T BİK AZMFAZ22XXX
Satınalmalarda iştirak edən iddiaçı özü haqda aşağıdakı məlumatları təqdim etməlidirlər:
1.    Satınalmada iştirak etmək üçün ərizə;
2.    İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
3.    Hüquqi statusu və dövlət qeydiyyatını təsdiq edən sənədlərin surətləri (nizamnamə, lisenziyası və dövlət qeydiyyat şəhadətnaməsi), ƏDV qeydiyyatının olub-olmamasını müəyyən etməyə imkan verən sənədlərin surətləri, VÖEN, bank rekvizitləri;
4.    Təkliflər sorğusunun Əsas şərtlər toplusunda tələb olunan digər sənədlər və məlumatlar.
İddiaçıların təqdim edəcəyi mallar və xidmətlərin keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatlar da əlavə edilə bilər.
     Satınalmalar üzrə əsas şərtlər toplusunu, iştirak haqqının ödənilməsi təsdiq edən sənədi (qəbz) təqdim etməklə əlaqələndirici şəxsdən almaq mümkündür.
Satınalmalar üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 04 aprel 2011-ci il saat 18.00-dək, bütün digər tələb olunan sənədlər isə 17 mart 2011-ci il saat 18.00-dək Azərbaycan İpoteka Fondunun Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında mühafizə polisi tərəfindən qəbul ediləcəkdir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Məsələlər üzrə zərflər 05 aprel 2011-ci il saat 15.00 –da Azərbaycan İpoteka Fondunun inzibati binasında açılacaqdır. İddiaçılar ən azı bir gün əvvəl səlahiyyətli nümayəndəsinin adını yazılı surətdə Satınalmalar komissiyasına bildirməklə zərflərin açılmasında iştirak etməyə dəvət olunurlar. Bu zaman həmin şəxs  səlahiyyətlərini təsdiq edən müvafiq sənəd və ya vəkalətnamə təqdim etməlidir.
Məsələlərlə bağlı əlavə məlumat almaq üçün 441-24-23 nömrəli telefona zəng etməklə əlaqələndirici şəxs Fərid Əsgərova (daxili nömrə 111) müraciət etmək olar.
                                                            

                   Satınalmalar komissiyası