24.02.2011

Elektron ipoteka” sisteminin tətbiqinə dair keçirilmiş açıq tender baş tutmuşdur

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunda “Elektron ipoteka” sisteminin yaradılması üzrə mal və xidmətlərin satın alınması üzrə elan edilmiş 11 yanvar 2011-ci il tarixli açiq tender başa çatmışdır. Tenderin qalibi “GT Solyuşnz” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmiş və cəmiyyətlə “22” fevral 2011-ci il tarixli satınalma müqaviləsi bağlanmışdır. Tenderdə iştirak edən bütün şirkətlərə təşəkkürümüzü bildiririk.

 

                                                                                                     Tender komissiyası