Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 17-ci km yerləşən yaşayış kompleksi

Kompleksin tikinti parametrləri

 

-       Kompleksdə mənzillər 15 mərtəbəli binalarda yerləşir.

-       Binalarda yerləşən mənzillərin otaqlarının sayı 1-3 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.


Kompleksin infrastruktur cəhətdən üstünlükləri

 

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə binanın sakinləri üçün oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Eyni zamanda, bina sakinləri üçün yeraltı geniş avtomobil dayancaqları da var.


Kompleksin yerləşmə yeri


Kompleks Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin 17-ci kilometrirliyində yerləşir. Yaşayış binası çox əlverişli ərazidə yerləşir. Belə ki, həmin əraziyə yaxın ümumtəhsil məktəbi, tibb müəssisəsi, uşaq bağçası, iri ticarət mərkəzi və DOST xidmət mərkəzi yerləşir. Həmçinin kompleksin yaxınlığında avtobus dayanacağı mövcuddur. Burada fəaliyyət göstərən avtobus marşrutları ilə qəsəbə və şəhərətrafı ərazilərə tez bir zamanda çatmaq imkanı yaradır.


Kompleksə dair digər məlumatlar

 

Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri:

 

1 otaqlı 48.00 kv.m – 268.06 manatdan;

2 otaqlı 78.81 kv.m – 440.12 manatdan;

3 otaqlı 103.30 kv.m – 576.88 manatdan başlayır.