Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış kompleksi

Kompleksin tikinti parametrləri

 

-       Kompleks 16 mərtəbəli 5 blokdan ibarətdir.

-       Binalarda yerləşən mənzillərin otaqlarının sayı 2-3 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.


Kompleksin infrastruktur cəhətdən üstünlükləri

 

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Eyni zamanda, bina sakinləri üçün avtomobillərin saxlanması üçün dayanacaq yerləri var.


Kompleksin yerləşmə yeri


Kompleks Xətai rayonu, Nəsrəddin Tusi küçəsində, Əhmədli və Həzi Aslanov metro stansiyalarına piyada 10 dəqiqəlik məsafədə yerləşir. Həmçinin yaşayış binası çox əlverişli ərazidə yerləşməklə yanaşı, həmin əraziyə yaxın ümumtəhsil məktəbi, uşaq bağçaları, park, kafelər, müxtəlif mağazalar, bank filialları və poçt şöbələri var.


Kompleksə dair digər məlumatlar


Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri:

 

2 otaqlı 76.00 kv.m – 557.61 manatdan;

3 otaqlı 98.90 kv.m – 725.62 manatdan başlayır.