Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi

Kompleksin tikinti parametrləri

-       Kompleks 14 mərtəbəli 3 binadan ibarətdir.

-       Binalarda yerləşən mənzillərin otaqlarının sayı 1-2 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

 

Kompleksin infrastruktur cəhətdən üstünlükləri

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Eyni zamanda, binanın yeraltı qarajı var.

 

Kompleksin yerləşmə yeri

Kompleks Abşeron rayonu, Masazır qəsəbəsinin mərkəzində yerləşir. Yaşayış binası çox əlverişli ərazidə yerləşir. Belə ki, həmin əraziyə yaxın ümumtəhsil məktəbi, uşaq bağçaları, bank filialları, poçt şöbələri və ictimai iaşə obyektləri yerləşir. Kompleksin yaxınlığında avtobus dayanacağı mövcüddur və burda fəaliyyət göstərən avtobus marşrutları ilə qəsəbə və şəhərətrafı ərazilərə tez bir zamanda çatmaq imkanı yaradır.

 

Kompleksə dair digər məlumatlar

 

Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri:

 

1 otaqlı 63.20 kv.m – 320.25 manatdan;

2 otaqlı 87.00 kv.m – 440.85 manatdan;