Kirayəçi məmnunluğu

5
12.03.2021

Qafarova Xatirə Məmmədağa qızı, Bakı şəhəri

Yazıb Sizə bildirmək istəyirəm ki, bizim ailəmiz Əhmədli qəsəbəsində yeni tikilidə mənzil almağı çoxdan düşünürdü. Fondun Xətai Park layihəsində mənzillərin satmaq öhdəliyi ilə kirayə verilməsini eşidib buradan mənzil götürməyi qərara aldıq. İlkin ödəniş az olduğu üçün seçimimiz qətiləşdi. Yoldaşım Nicat Mövsümov Fərzəli oğlu onlayn qaydada qeydiyyatdan keçdi. Fonda elektron müraciət etdi. Çox qısa zamanda 2020-ci ilin avqust ayında mənzil bizə təhvil verildi. Həmin vaxtdan bu günə kimi Xətai rayonu, Gəncə prospekti 60B, M4, mənzil 4 ünvanında yaşayırıq. Kompleksin həyətində həm uşaqlar, həm böyüklər üçün hər cür şərait yaradılıb, ərazi yaşıllaşdırılıb.

Yuxarıdakıları nəzərə alaraq bu işdə əməyi olan hər kəsə ailəmiz adından minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Qafarova Xatirə Məmmədağa qızı

6
14.03.2021

Tural Şıxəliyev, Bakı şəhəri

İlk öncə göstərdiyiniz nümunəvi xidmət və vətəndaşa olan qayğınıza görə hər birinizə dərin minnətdarlığımı bildirmək istəyirəm. İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi Xətai rayonu Lütfi Zadə küçəsində yerləşən kirayə mənzil layihəsindən bir otaqlı mənzil üzrə müraciət etdim. Fondun əməkdaşlarının göstərdiyi çevik iş qrafiki əsasında qısa zamanda mənzil sahibi oldum. İstər sənədlərin təqdim edilməsi prosesi, istər mənzil seçimi sonrası sənədlərin qeydiyyata alınması prosesi çox uğurla və qısa zamanda həll edildi. Müqavilə və digər sənədləri bu qədər tez bir zamanda əldə etməyim, İKZF əməkdaşlarının necə uğurlu bir iş qrafikində çalışdıqlarının göstəricisidir.

Gənc ailələrin mənzil sahibi olması cənab Prezidentin gənclərə olan diqqət və qayğısının töhvəsidir. Gənc ailə kimi mənzil sahibi olmağımız bizi çox fərəhləndirir.

Göstərdiyiniz qüsursuz və mükəmməl xidmətinizə görə hər birinizə dərin hörmət və təşəkkürümü bildirirəm.

Hörmətlə,
Tural Şıxəliyev

7
15.03.2021

Tural Məmmədov Nizami oğlu, Bakı şəhəri

İpoteka və Kredit Zəmanət Fondunun təklif etdiyi kirayə mənzil layihələrindən olan Xətai rayonu Lütfi Zadə küçəsi 24 ünvanında yerləşən M14, m2 nömrəli mənzili əldə etmişəm.

Fond tərəfindən kirayə mənzil layihəsinin tam şəffaf şəkildə təşkil edilməsi bir vətəndaş olaraq məni sevindirir. İstər sənəd qəbulu zamanı, istər sənədlərin yoxlanılması və analizi zamanı, istər mənzil seçimi zamanı, istər mənzilin rəsmiləşdirilməsi və təhvil-təslimi zamanı Fondun əməkdaşlarının yüksək səviyyədə göstərdikləri həssas diqqət və qayğının şahidi oldum.

Sonda bu işdə əməyi keçən Fondun bütün əməkdaşların vətəndaşlara göstərdikləri yüksək diqqətə görə öz təşəkkürümü bildirir, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,
Tural Məmmədov Nizami oğlu

8
16.03.2021

Süleymanov Sabir Yusif oğlu, Bakı şəhəri

Oğlum necə vaxt idi ki, hissə-hissə ödəmək imkanı ilə Bakı şəhərində mənzil almaq istəyirdi. Mənzil seçərkən əsas tələbimiz nəvələrimin tədrisini davam etdirməsi üçün məktəbin və nəqliyyatın yaxında yerləşməsi tələbi idi. Xəbərlərə baxarkən İpoteka və Kredit Zəmanət Fondunun yeni təklifi ilə rastlaşdıq. Bu təklif demək olar ki, bizim bütün tələblərimizə cavab verirdi. Məsələni oğluma bildirdim və Fondun təklif etdiyi kirayə mənzillərdən əldə etməyi qərara aldıq.

Şərtlərlə ətraflı maraqlanan zaman mənzillərin tam təmirli, bütün zəruri infrastruktur obyektlərə yaxın olması və eyni zamanda müqavilə bağladıqdan sonra dərhal mənzilə köçüb yaşaya biləcəyimizi bildirdilər.

Bütün zəruri hərəkətləri etdikdən sonra, tam şəffaf və elektronlaşdırılmış şəkildə mənzil seçimi etdik və qısa zamanda mənzili istifadəmizə verdilər. Mənzil həqiqətən də səliqəli, standartlara uyğun, gözəl təmirli, qaz, işıq və su xətləri ilə təmin edilib, hətta kombi sistemi də çəkilib.

Belə bir şərait yaratdığınız üçün sizə ailəmiz adından öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,
Süleymanov Sabir Yusif oğlu