Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən yaşayış kompleksi

Kompleksin tikinti parametrləri

-       Kompleks 16 mərtəbəli 9 blokdan ibarətdir.

-       Kompleksdə yerləşən mənzillərin otaqlarının sayı 1-4 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. 


Kompleksin infrastruktur cəhətdən üstünlükləri

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Eyni zamanda, binanın 2 mərtəbəli yeraltı qarajı var.

 

Kompleksin yerləşmə yeri

Yaşayış kompleksi Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsində, Əhmədli metro stansiyasının yaxınlığında yerləşir. Kompleksin yaxınlığında iri supermarket, uşaq bağçası, məktəb, böyük tibb mərkəzi var.

 

Kompleksə dair digər məlumatlar 

Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri: 

1 otaqlı 62.97 kv.m – 448.71 manatdan;

2 otaqlı 91.32 kv.m – 650.73 manatdan;

3 otaqlı 105.75 kv.m – 753.55 manatdan;

4 otaqlı 163.76 kv.m – 1166.92 manatdan başlayır.