Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində yerləşən yaşayış kompleksi

Kompleksin tikinti parametrləri

-       Kompleks 16 mərtəbəli 4 binadan ibarətdir.

-       Kompleksdə yerləşən mənzillərin otaqlarının sayı 1-4 aralığındadır.

-       Mənzillər tam təmirlidir.

-       Bütün kommunal xidmətlərlə (qaz, su, işıq) təmin olunub, sayğaclar quraşdırılıb.

-       Mənzillər üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

 

Kompleksin infrastruktur cəhətdən üstünlükləri

Yaşayış kompleksinin geniş həyətyanı sahəsi var. Həyətyanı sahədə yaşıllıq zonası yaradılmış, oturacaqlar, müxtəlif idman qurğuları və uşaq oyun meydançası quraşdırılmışdır. Eyni zamanda, bina sakinləri üçün avtomobillərin saxlanması üçün dayanacaq yerləri var.


Kompleksin yerləşmə yeri

Yaşayış kompleksi Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi ilə Özbəkistan küçəsinin kəsişməsində, Qara Qarayev metro stansiyasından piyada 7-10 dəqiqəlik məsafədə yerləşir.


Kompleksə dair digər məlumatlar

 

Kompleksdə mənzillərin sahəsi və aylıq ödənişləri:

 

1 otaqlı 76.30 kv.m – 616.19 manatdan;

2 otaqlı 102.80 kv.m – 830.20 manatdan;

3 otaqlı 136.60 kv.m – 1103.17 manatdan;

4 otaqlı 187.45 kv.m – 1513.83 manatdan başlayır.