Tələb olunan sənədlər

Satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahəsinin əldə edilməsi üçün tələb olunan sənədlər

• Satmaq öhdəliyi ilə kirayə üçün müraciətə dair ilkin tələblər:

1. Gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza)

2. Elektron İpoteka və Kredit Zəmanət Sistemində gücləndirilmiş elektron imza sertifikatı (e-imza və ya ASAN imza) ilə yaradılan elektron kabinet

3. Elektron kabinetdə doldurulan müvafiq ərizə-anket

• Fondun məsul əməkdaşları ilə görüş zamanı tələb olunan sənədlər:

1. Şəxsiyyəti təsdiq edən sənəd

2. Gəlirləri təsdiq edən sənədlər

3. Məhkumluğun olması (olmaması) haqqında arayış

4. Ailə tərkibini, habelə yetkinlik yaşına çatmamış ailə üzvünün şəxsiyyətini təsdiq edən sənədlər

5. Nikahı (və ya nikahın pozulmasını) təsdiq edən sənədlər